Yuxarı

Qırğız və tacik liderləri arasında növbəti danışıq: Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırğız və tacik liderləri arasında növbəti danışıq: Qərar

Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı İmaməli Rəhman arasında ikinci dəfə telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı sərhəddə gərginliyin tam aradan qaldırılması, hər iki tərəfdən hərbi texnikanın sərhəd zonasından geri çəkilməsi məsələləri müzakirə olunub.

Dövlət başçıları hər iki tərəfdən hərbi texnikanın geri çəkilməsini təftiş etmək üçün Birgə Komissiyanın yaradılmasını qərara alıblar.

Prezidentlər əmin olduqlarını bildiriblər ki, bu gün öz işinə başlayan Hökumətlərarası Komissiyanın üzvləri münaqişənin tam tənzimlənməsi üçün səy göstərəcəklər.

Qeyd edək ki, son məlumata əsasən, sərhəddə ölənlərin sayı 34 nəfərə çatıb, bunların 31-i hərbçi, 1-i tibb işçisidir. Münaqişədə 173 nəfər yaralanıb.

Tacikistan mətbuatının məlumatına görə, qarşıdurmada 10-a yaxın insan ölüb, 110 nəfər yaralanıb.

Tarix
2021.05.01 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla