Yuxarı

Obamaya mühüm səlahiyyət verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obamaya mühüm səlahiyyət verildi

ABŞ-da Barak Obamaya müzakirələri davam edən ticarət anlaşmalarını sürətləndirmə imkanı verən "Ticarət İnkişaf səlahiyyəti" (TPA) qanuniləşib.

Axar.az xəbər verir ki, həftələrdir sürən müzakirələrdən sonra qanun ABŞ Konqresinin hər iki qanadından keçib. Eyni zamanda "Sürətli qanunvericilik səlahiyyəti" adlandırılan qanuna görə, Konqres Obama tərəfindən imzalanan razılaşma şərtlərini təsdiq edə biləcək, ancaq dəyişdirə bilməyəcək.

Qanuniləşən TPA Ağ Evin prioritetləri arasında yer almış mübahisəli Transpasifik Tərəfdaşlığı (TPP) və Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) baxımından kritik əhəmiyyət daşıyır.

Qlobal iqtisadiyyatın təxminən 40 faizini təşkil edəcək TPP "Sürətli qanunvericilik səlahiyyəti" sayəsində bu ilin sonuna qədər reallaşa bilər.

ABŞ və Avropa Birliyi arasında imzalanması planlaşdırılan TTIP-in isə 2017-ci ildən tez qüvvəyə minməsi mümkün görünmür.

Xatırladaq ki, müzakirəsi 2008-ci ildə başlayan TPP ABŞ, Yaponiya, Avstraliya, Bruney, Malayziya, Yeni Zelandiya, Vyetnam, Meksika, Sinqapur, Kanada, Peru və Çili olmaqla Sakit okean hövzəsinə daxil 12 ölkə arasında nəzərdə tutulur.

Tarix
2015.06.30 / 10:35
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla