Yuxarı

Qərb İrəvanı nəzarətə ala biləcəkmi? – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan böhranı onunla fərqlənir ki, burada konkret siyasi qüvvələrdən çox, xalq arasında nüfuz qazanmış hərəkatçılar mühüm rol oynayır".

Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. O, müxalifətin etirazlara qoşula biləcəyini istisna etməyib:

"Müxalifətin etirazlara qoşulmaq meyli artıb. Düzdür, hərəkat sıralarında siyasi qüvvələr aparıcı rol oynamasa da, məsələ siyasi böhran müstəvisinə yaxınlaşır. Ermənistanda müxalifətin hakimiyyətə gəlməsi fonunda bunun ölkənin xarici siyasət vektorunun dəyişməsinə gətirib çıxara biləcəyini müxalifət liderləri hər zaman təkzib ediblər. Keçən ilin oktyabrında kütləvi mitinq zamanı Levon Ter Petrosyan və Raffi Ovanisyan açıq şəkildə Rusiyaya qarşı çıxış etmədiklərini bildiriblər. Siyasi qüvvələr çox yaxşı başa düşür ki, Moskvadan İrəvana olan dəstəyi heç kim və heç nə əvəz edə bilməz. Hazırda yaşanan proseslərdə Avropaya meyliliklə bağlı məqamlar sadəcə siyasi ritorikalardır. Proseslərdə hələ ki, praqmatik addımlar atılmır, konkret təkliflər səsləndirilmir, siyasi platforma yox səviyyəsindədir, ən maraqlısı isə siyasi qüvvələr iştirak etmir. Bu o anlama gəlir ki, Ermənistan heç vaxt Qərbə tərəf getməyəcək. Çünki Ermənistanda Rusiya amili o qədər böyükdür ki, hətta dövlət idarəçiliyi prinsiplərinin əsasında da məhz bu amil dayanır. Bu da mövcud hakimiyyətin və bundan öncəki Qarabağ klanının həyata keçirdiyi siyasətin nəticəsidir. Bunu hansısa bir maydanla dəyişmək mümkün olmayacaq. Ermənistanın ciddi siyasi dairələri bunun fərqindədirlər. Siyasi ritorikaya da bilərəkdən yol verilir. Bu da özlüyündə kütlənin emosiyaları ilə oynamaq məqsədi daşıyır".

Tarix
2015.07.07 / 11:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla