Yuxarı

ABŞ ekspertindən şok açıqlama: “680 trilyon borc yığılıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yunanıstandakı fəlakət dünyadakı qlobal iqtisadi silkələnmənin proloqudur".

Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı analitik Finnian Kanningem çıxış edib. Onun sözlərinə görə, Brüssel bürokratları yunan dalğasının bütün Avropaya yayılmasından qorxurlar:

"Daha böyük miqyaslı böhran İtaliya, İspaniya, Portuqaliya və Fransada baş verə bilər. Bu ölkələr öz borclarına görə Yunanıstandan heç də geri qalmırlar. Bütün Qərb kapitalist sisteminin daxilində astronomik borc toplanır. "Borclular kralı" vəzifəsini isə 17 trilyon dollarla ABŞ tutur. Bundan başqa, Detroyt və Stokton kimi şəhərlər bunun nümunəsi olaraq artıq bankrot olublar. Onları isə digər Amerika şəhərləri də izləyə bilər. Dünya iqtisadiyyatında sistematik pozuqluğun səbəbi iqtisadi həyatın təşkilindəki dominant modelin – kapitalizmin böhranıdır. İstehsal sektorunda gəlirlərin düşməsi ucbatından kapitalizm insanlar üçün faydalar yaradan sistemdən maliyyə kazinosu sisteminə qədər deqradasiyaya məruz qalıb. Bu sistem artıq real dünyadan ayrılıb. Borc köləliyinin mənbəyi iqtisadiyyatın derequlyasiyasını həyata keçirən neoliberal ideologiyada yatır. Bu isə öz növbəsində sərt iqtisadiyyatın təqaüdçülər və işsizlərin hesabına həyata keçirildiyi zaman sosial təhlükəsizliyin enməsinə səbəb olur. Bu arada qlobal borc artır. Onun həcmi 680 trilyon dollara çatır. Bu borc heç bir zaman ödənməyəcək. Çünki bəlli deyil ki, onu kimə ödəyəsən. Yunanıstan və Avropa böhranı ümumilikdə absurddur. Ona görə ki, borc bir saniyənin içində silinə və dünya azad nəfəs ala bilər. Əgər borcun silinməsi baş versə, o, demokratik hökumətlər adlanan qurumların siyasətini müəyyən edən maliyyə rəhbərlərinin itkilərlə üzləşməsi ilə nəticələnəcək. Alternativ qərar üçün Qərbin siyasi liderlərinin nə müstəqilliyi, nə intellektual bacarığı çatır. Yunanıstan bütün Qərb ölkələrinə yayılacaq fəlakətdir. Xaos səhnələri və Afina küçələrindəki ümidsizliyi tezliklə Avropa və ABŞ-da da müşahidə etmək mümkün olacaq".

Tarix
2015.07.07 / 14:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla