Yuxarı

Çində üçüncü uşağa görə cərimələr ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində üçüncü uşağa görə cərimələr ləğv edildi

Çinin hakimiyyət orqanları ailələrdə üçüncü uşağın doğulmasıma görə cərimələri və digər sanksiyaları ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə qərar ÇXR Dövlət Şurası tərəfindən qəbul olunub. Çərşənbə axşamı günü dərc edilmiş qərarda bildirilir ki, hökumət 2025-ci ilədək doğumun stimullaşdırılması üzrə əhatəli sosial siyasət sistemi yaradacaq. Hakimiyyət doğuş, uşaqların tərbiyəsi və təhsili üzrə sosial dəstək tədbirlərinin keyfiyyətini və effektlivliyini artırmaq niyyətindədir. 2035-ci ilədək əhalinin “demoqrafik strukturunun təkmilləşdirilməsi” uçun demoqrafik siyasəti modernəşdirmək nəzərdə tutulur.

Xatırladaq ki, bu il mayın 31-də Çin Kommunist Partiyasının Siyasi bürosu ailələrin üç uşaq sahibi olmasına icazə verən qərar qəbul edib.

1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı. Onlar, həmçinin dövlət xidmətindən kənarlaşdırılır və kommunist partiyasının sıralarından xaric edilirdi.

2016-cı il yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib.

2020-ci ilin siyahıyaalınmasına əsasən, ÇXR əhalisinin sayı 1,41 milyard nəfər təşkil edib. Əhali tərkibində 60 yaşdan yuxarı vətəndaşların payı 18,7 faizə çatıb. Ötən il ölkədə 10,035 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da ÇXR-in əsasının qoyulduğu 1949-cu ildən bəri ən aşağı göstəricidir. Çin demoqraflarının proqnozlarına görə, əgər mövcud tendensiyada dönüş yaranmazsa, 2050-ci ilədək ölkədə 60 yaşdan yuxarı insanların sayı 487 milyon nəfərə (əhalinin 35 faizi) yüksələcək.

Tarix
2021.07.20 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla