Yuxarı

Casus proqramının qurbanı olan prezidentlərin - Siyahısı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Casus proqramının qurbanı olan prezidentlərin - Siyahısı

14 dövlət və hökumət başçısı "Pegasus" casus proqramının qurbanı olub.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, yüzlərlə siyasətçi və dövlət məmurunun telefonu İsrail firması NSO tərəfindən hazırlanmış casus proqramının hədəfinə çevrilib. Bunlar arasında üç prezident, 10 baş nazir və bir kral var.

Sözügedən siyahıda hazırda fəaliyyətini davam etdirən 3 prezident var. Bunlar Fransa Prezidenti Emmanuel Makron, İraq Prezidenti Bərham Saleh, Cənubi Afrika lideri Siril Ramafosdur. Həmçinin, Pakistan Baş naziri İmran Xan, Misir Baş naziri Mustafa Madbuli və Mərakeş hökumətinin rəhbəri Səad Əddin əl-Osmani də dinlənilənlər siyahısındadır.

Siyahıda vaxtilə baş nazir olmuş şəxslər də yer alıb: Əhməd Obeyid Daqr (Yəmən), Səad Həriri (Livan), Ruhakana Ruqunda (Uqanda), Eduard Filip (Fransa), Bakitzxan Sagintayev (Qazaxıstan), Nurəddin Bedoui (Əlcəzair) və Karles Mişel (Belçika). Bununla yanaşı, Mərakeş Kralı VI Məhəmməd də casus proqramının qurbanı olub.

Tarix
2021.07.21 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla