Yuxarı

Tankerə hücuma görə İrana sanksiyalar hazırlanır - İngiltərə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tankerə hücuma görə İrana sanksiyalar hazırlanır - İngiltərə

Xarici işlər naziri Dominik Raab "Mercer Street" tankerinə hücuma görə İrana razılaşdırılmış bir cavab hazırlamaq üçün beynəlxalq tərəfdaşlarla birlikdə çalışır.

Axar.az xəbər verir ki, bu barədə İngiltərə hökumətinin saytında məlumat yayılıb.

Bildirilir ki, Oman sahillərindəki beynəlxalq sularda ticarət gəmisinə edilən hücum qanunsuz və qəddarcasınadır və hücumun İrandan gəldiyinə dair İngiltərənin məlumatı var:

"İngiltərə beynəlxalq tərəfdaşları ilə birlikdə bu qəbuledilməz hücuma razılaşdırılmış bir cavab hazırlamaq üçün çalışır".

Qeyd edək ki, Oman sahillərində İsrailin "Marcer Street" gəmisinə hücum zamanı 2 nəfər (Böyük Britaniya və Rumıniya vətəndaşları) ölüb. İsrail hücuma görə İranı ittiham edib.

Tarix
2021.08.01 / 22:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla