Yuxarı

Hadruta hücum əmri verən komandir həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadruta hücum əmri verən komandir həbs olundu

Erməni terrorçularından ibarət dəstənin rəhbəri, polkovnik-leytenant Arsen Kazaryan həbs edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb.

Ermənistan İstintaq Komitəsinin açıqlamasında deyilir ki, Kazaryan orduda rüşvət və digər cinayətlərdə ittiham edilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesinin yekunu olaraq 13 nəfərdən ibarət dəstə üzvlərinin hər biri 6 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, məhkəmə prosesi zamanı təqsirləndirilən Qriqoryan Feliks Arşakoviç ifadəsində bildirib ki, onlara polkovnik-leytenant Arsen Kazaryan rəhbərlik edib.

Tarix
2021.09.15 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla