Yuxarı

BMT-dən Putin və Ərdoğana çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən Putin və Ərdoğana çağırış

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinə İdlibdə sakitliyin təmin edilməsi üçün çağırış edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Pedersen keçirilən brifinqdə Suriyada beynəlxalq qüvvələrin bir-birilə rəqabət apardığını və bir neçə faktiki bölgəyə bölündüyünü deyib.

İdlibdə, xüsusən Türkiyə-Suriya sərhədində, köçkünlərin yerləşdiyi düşərgələrə edilən hücumların artdığına diqqət çəkən nümayəndə bildirib: "Əminəm ki, İdlibdəki vəziyyət Putin üçün əhəmiyyətli bir mövzu olacaq. Prezident Ərdoğanla sabah baş tutacaq görüşdə liderləri bölgədə sakitliyi təmin etməyə çağırıram. Çox şey bundan asılıdır".

Suriya Konstitusiya Komitəsinin yenidən bir araya gəlməsi üçün tərəflərə dəvətnamələr göndərildiyini bildirən Pedersen komitənin 18 oktyabrda altıncı toplantısının keçiriləcəyini və görüşdən bir gün əvvəl həmsədrlərlə görüşəcəklərini bildirib.

Tarix
2021.09.28 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla