Yuxarı

Atası Saakaşviliyə çağırış etdi: Mişa, ata kimi deyirəm!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğluna aclığı dayandırması üçün çağırış edib.

Axar.az xəbər verir ki, N.Saakaşvili oğlu ilə heç bir əlaqə saxlaya bilmədiyindən, çağırışını sosial şəbəkələr vasitəsilə edib.

“Mişa! Sənə həkim və ata kimi müraciət edirəm. Söhbət sənin səhhətinə heç bir xeyri olmayan, yalnız ziyan vuran aclıqdan gedir. Sən ölkənin yanında dayandın və vacibdir ki, sona qədər xalqının yanında olasan. Aclıq müəyyən mərhələ üçün öz işini gördü. Ancaq indi sənin enerjin xalqla birgə mobilləşməlidir”, - atası yazıb.

Saakaşvilinin aclığı dayandırması üçün Bütün Gürcüstanın katolokos-patriarxı II İliya və Gürcü Arzusu Partiyasının liderlərindən olan Şalva Papuaşvili də müraciət edib.

Qeyd edək ki, Mixail Saakaşvili 1 oktyabrda Tiflisdə həbs edilib. Həbsinə etiraz olaraq Saakaşvili həmin gün aclıq aksiyasına başlayıb.

Saakaşvilinin xanımı Yelizaveta Yasko ərinin artıq 12 kq çəki itirdiyini bildirib.

Tarix
2021.10.08 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - Əliyev

Qarayaxma kampaniyasına baxmayaraq... - Prezident

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla