Yuxarı

Leyla və Arzu Əliyevalar COP29-da sərgi ilə tanış oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən COP29-un Yaşıl Zonasındakı “Art Pavillion”da təqdim edilən sərgi ilə tanış olublar.

Kult.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mərkəzdə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumat verib.

Bildirilib ki, sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialının həssas əhali qruplarına aid benefisiarları və təlimçilərinin 50-dən çox əl işi nümayiş etdirilir.

Əl işləri sırasında yaşıl dünyaya, ətraf mühitin mühafizəsinin, təbiəti qorumağın vacibliyinə həsr olunmuş sənət nümunələri də yer alıb.

Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərdən ibarət benefisiarlarının ifasında təqdim edilən konsert proqramını da izləyiblər.

Müslüm Müslümzadə, Səbinə Əsgərova, Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.

Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə görüşərək onlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Tarix
2024.11.20 / 21:28
Müəllif
Kult.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla