Yuxarı

HDP-dən Ərdoğan iqamətgahına: “Bu quldur saray…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyədə olan dönəm vətəndaş çevrilişini xatırladır.

Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Xalqların Demokratik Partiyasından olan millət vəkili Pərvin Buldan söyləyib. Onun sözlərinə görə, MHP və AKP Kənan Evrenin davamçılarıdır:

"Dövlətin bütün gücü və imkanları saray ətrafında qanundankənar bir formadan təşkilatlandırılıb. Bütün dövlət qurumları saraya bağlanıb. Hər şey saraydan planlanır. Quldur saray dövləti ölkəni regional savaşa aparır. Onlar ortaya atdıqları çevriliş dönəmini dərinləşdirmək üçün HDP-ni bağlamaq məsələsini gündəmə gətirərək, cəmiyyəti psixoloji olaraq hazırlayırlar. Əslində HDP-ni bağlamaqla demokratik sistemləri bütövlüklə məhv etmək istəyirlər. Partiyanı bağlamağı müdafiə edənlər çevriliş zehniyyətinin tərəfdarıdırlar. Onların bugünkü nümayəndələri isə milliyətçilərdir. Milliyətçilərin partiyası 80-ci illər çevrilişində bağlanılmışdı. AKP isə bu dönəmi 2008-də keçmişdi. Bu gün hər iki Kənan Evren ruhunu siyasi formada yaşatmaq üçün bir-biriylə yarışırlar".

Qeyd edək ki, ötən gündən başlayaraq, Baş Prokurorluğun təqdimatı ilə Türkiyədə HDP ilə bağlı araşdırmalara start verilib. Partiyanın PKK-nı dəstəklədiyi ittihamları var. İttihamlar sübuta yetirilsə, HDP bağlanacaq və partiya yetkililərinin siyasi fəaliyyəti yasaqlanacaq.

Tarix
2015.07.29 / 13:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla