Yuxarı

İsraildən şok: İranın bu siyasətçilərini öldürəcəyik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən şok: İranın bu siyasətçilərini öldürəcəyik!

İsrailin Baş naziri Naftali Bennett İranın “ən qəbuledilməz” siyasətçilərinin fiziki məhvinə çalışacaqlarını bəyan edib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bennettin bu açıqlamasına “İsrael Hayom” qəzeti dünənki sayında yer verib.

Baş nazirin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində fəaliyyət azadlığını saxlayacaq. Və İranla Qərb ölkələri arasında nüvə anlaşması əldə edilsə belə, bu, İsrailə hər hansı öhdəliklər qoya bilməz.

Baş nazir onu da deyib ki, hazırda İran nüvə silahının işlənib hazırlanmasında “ən irəli mərhələdədir”.

“Biz mürəkkəb dövr yaşayırıq. Ola bilsin ən yaxşı dostlarımızla mübahisəmiz yaransın. İstənilən halda, hətta nüvə sövdələşməsinə geridönüş baş tutsa belə, İsrail bu sövdələşmənin tərəfi olmayacaq”, - o deyib.

Naftali Bennett İranın nüvə proqramına məsul şəxslərinin və digər mühüm fiqurlarının məhv edilməsi əməliyyatlarının davam etdiriləcəyini də vurğulayıb.

“İranlılar İsrail dövlətini raketlərlə əhatələyiblər, özləri isə Tehranda təhlükəsiz şəraitdə oturublar. İranın “Qüds” xüsusi əməliyyatlar qüvvəsi tərəfindən göndərilmiş ayrı-ayrı terrorçuların təqib edilməsinin daha mənası yoxdur. Biz onları göndərənləri təqib edəcəyik”, - Naftali Bennett bildirib.

Xatırladaq ki, ötən gün xarici KİV-lər İsrail rəhbərliyinin İranın nüvə silahı əldə etməyə çox yaxınlaşdığı barədə bəyanatlarına yer vermişdi. Bildirilirdi ki, İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək haqqını özündə saxlayır.

Tarix
2021.11.24 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla