Yuxarı

Qazaxıstanda nələr olur? - 7 sual və 7 cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Asiyanın ən varlı ölkəsi olan Qazaxıstanda etiraz nümayişləri dünya gündəmini zəbt etməkdə davam edir.

Axar.az Türkiyə mediasına istinadla Qazaxıstandakı vəziyyəti 7 sual və 7 cavabla təqdim edir:

1. Niyə Qazaxıstanda etiraz şouları başladı?

- Neft və təbii qaz ehtiyatları ilə zəngin Qazaxıstanda bu yanacaqların qiymətlərinə dövlət nəzarət edir. Qlobal enerji bazarında baş verən son hadisələrdən sonra hökumət qiymətlərə nəzarəti aradan qaldırıb. Belə ki, avtomobillərin 70-90 faizinin maye qazla işlədiyi Qazaxıstanda yanvarın 1-dən yanacağın qiymətləri (Qərar sonra ləğv edildi - red.) ikiqat bahalaşdı.

2. Etiraz şouları necə reallaşıb?

- Qazaxıstanın qərbindəki Mangistau vilayətinin Canaözən şəhərində həftə sonu başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb. Çərşənbə axşamı günü ölkənin hər yerində etiraz nümayişləri keçirilib. Qazaxıstan hökuməti ölkədə internetə çıxışı dərhal dayandırıb. Daha sonra təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmanın görüntüləri yayılıb.

3. Etiraz aksiyaları nəticəsində nə baş verdi?

- Yanacağın bahalaşmasına qarşı etirazların yayılmasından sonra hökumət istefa verib. Prezident Qasım-Jomart Tokayev Baş nazir Əsgər Maminin istefasını qəbul etdiyini açıqlayıb. “Millətin atası” kimi tanınan qurucu prezident Nursultan Nazarbayev də Milli Təhlükəsizlik Şurasındakı vəzifəsindən azad edilib. Etirazçılar Nazarbayevin "kölgə lider" olduğunu və ölkəni idarə etdiyini düşünürlər.

4. Nursultan Nazarbayev haradadır?

- Hazırda Nazarbayevin harada olduğu məlum deyil. Sosial şəbəkələr dağıdılan heykəllərin görüntüləri ilə doludur. Ölkənin ən böyük şəhəri olan Almatıdakı Prezident Sarayına nümayişçilər basqın ediblər.

Qeyd edək ki, ötən gün Belarus lideri Lukaşenko Nazarbayevlə telefon əlaqəsi saxlayıb və liderlər Qazaxıstanı müzakirə ediblər. Buna baxmayaraq, Nazarbayevin hazırda dəqiq yeri bilinmir.

5. Beynəlxalq ictimaiyyət nə deyir?

- Hazırki Qazaxıstan hökuməti etiraz nümayişlərinə xaricdən dəstək verildiyini bildirərək, böyük şəhərlərdə antiterror əməliyyatlarına başlayıb. Rusiya dövlət mediasında da oxşar şərhlərə rast gəlmək mümkündür. Ağ Evin mətbuat katibi Cen Psaki isə Qazaxıstandakı hadisələrin baş verməsində ABŞ-ın günahlandırılmasını Rusiyanın çılğın iddiası kimi dəyərləndirib.

6. Qazaxıstanla Rusiyanın münasibəti necədir?

- Qazaxıstan əhalisinin 1/5 biri (bəzi məlumatlara görə 2/5-si) etnik olaraq rusdur və Rusiya lideri Vladimir Putin özünü bu ölkəyə yaxın hesab edir. Rusiyanın Qazaxıstanda icarəyə götürdüyü kosmodrom da var. Rusiya KTMT adı altında Qazaxıstana qoşun yeridib.

7. Bəs Çinin mövqeyi nədir?

- Çin Qazaxıstanla qonşu ölkələrdən biridir. Amerika Sahibkarlıq İnstitutunun rəqəmlərinə görə, Çin 2005-2021-ci illər arasında "Bir kəmər və bir yol" layihəsi çərçivəsində bu ölkəyə 34 milyard dollar sərmayə qoyub. Çin mediası da Qazaxıstandakı hadisələrin arxasında ABŞ müdaxiləsinin olduğu, əsas məqsədin Rusiya və Çini çökdürmək olduğu barədə xəbərlər yayır.

Tarix
2022.01.08 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?

Pilotun bunu etməsi möcüzədir! – Şepard

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto

ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi

Azərbaycan və Qazaxıstan baş nazirləri danışdı

Son məlumata görə, 16 vətəndaşımız sağdır - Baş konsul

Hökümə onları arxaya keçirib, özü önə getdi - Sərnişin

Dekabrın son günlərində dəhşətli qəza olacağını demişdi...

Quşlar eyni anda iki mühərrikə girə biməz - Ekspert

Kremldən təyyarə qəzası ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla