Yuxarı

Husilər BƏƏ-yə hücuma keçdi: 3 tanker partladıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:51

BƏƏ-nin paytaxtı Əbu-Dabinin sənaye rayonlarının birində güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Əbu-Dabi polisi məlumat ayyıb.

Məlumata görə, yanacaqla dolu 3 tanker partlayıb.

“Bu gün səhər Əl-Musaffah ərazisində yanğın baş verib və nəticədə yanacaq anbarlarının yaxınlığında yerləşən üç tanker partlayıb. Əbu-Dabi Beynəlxalq Hava Limanı yaxınlığındakı tikinti sahəsində də yanğın baş verib”, - məlumatda qeyd olunub.

İlkin məlumata görə, hər iki hadisə PUA hücumu nəticəsində baş verib.

Qeyd edək ki, bu gün Yəməndəki Husi qruplaşmasının BƏƏ ərazisində hərbi əməliyyatlara başladığı bildirilmişdi. Husilərin rəsmi nümayəndəsi Yəhya Səri hərbi əməliyyatla bağlı bəyanatla çıxış edəcəklərini bildirmişdi.

***

Əbu-Dabidə Milli Neft Şirkətində (ADNOS) baş verən yanğında 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yerli medianın məlumatına görə, ölənlərdən biri pakistanlı, ikisi isə hindistanlıdır.

Tarix
2022.01.17 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Əliyevin qələbəsidir - Solonnikov

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto

Duda İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər

Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh

MDB ölkələri adi silahlara nəzarəti müzakirə etdilər

Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb

ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla