Yuxarı

Bakıda milyoner cütlük bir ay sonra boşandı - İnanılmaz səbəb

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda milyoner cütlük bir ay sonra boşandı - İnanılmaz səbəb

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Kult.az Referans.az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib.

O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu. İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub. Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir. Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.

“Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat olan Ayfon telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”, – deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb. O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu “Buta Palace” sarayı, orada çıxış edən müğənni Röya, “Natiq” Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzəmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub:

“Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu”.

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi Ayfon telefonunun kimdə qaldığına da aydınlıq gətirib: “Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf – yəni, arvad oldu. Ayfon cihazı bizdə qaldı”.

Tarix
2024.11.25 / 15:23
Müəllif
Kult.az
Digər xəbərlər

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla