Yuxarı

Üzüm saplağının inanılmaz faydaları...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzüm saplağının inanılmaz faydaları...

Elmi araşdırmalar məhsul yığımından sonra tullantıya çevrilən üzüm saplarının yüksək dəyərə malik kimyəvi birləşmələrlə zəngin olduğunu ortaya çıxarıb.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, 2021-ci ildə "Acta Scientiarum Polonorum Hortorum Cultus" jurnalında dərc olunan araşdırmada 6 fərqli qırmızı üzüm növü analiz edilib:

"Syrah" üzümünün sapında hər kiloqram quru çəkiyə 61,56 milliqram trans-resveratrol maddəsi aşkar edilib.

Sapların tərkibində yalnız resveratrol deyil, eyni zamanda yüksək dərəcədə katexinlər və müxtəlif polifenollar da müəyyən olunub.

Resveratrol nədir və harada istifadə olunur?

Bitkilərin ətraf mühit stresinə qarşı istehsal etdiyi təbii müdafiə maddəsi olan resveratrol güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir:

Ürək-damar sağlamlığı, qan şəkərinin tənzimlənməsi və hüceyrə qocalmasının qarşısının alınmasında mühüm rol oynayır.

Qida əlavələri, dermokosmetika və dərman sənayesində strateji xammal kimi istifadə olunur və bazarda yüksək qiymətə satılır.

Biotexnologiya mütəxəssisləri bildirirlər ki, tonlarla üzüm sapının toplanaraq ekstraktlara dönüştürülməsi bioiqtisadiyyat modeli yaradır. Bu üsul fermerlərin yalnız meyvə satışından asılı qalmasının qarşısını alaraq onlar üçün əlavə və gəlirli bir mənbə vəd edir.

Tarix
2026.10.19 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla