Yuxarı

Xırdalanda sıxlığa qarşı 2 mühüm layihə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalanda sıxlığa qarşı 2 mühüm layihə... - Video

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.

Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidlərin məhdud olması sürücülərin daha uzun məsafə qət etməsinə, müəyyən küçələrdə nəqliyyat sıxlığının yaranmasına, eləcə də M-1 və M-4 magistral avtomobil yollarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olur.

Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların inşası, həmçinin mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla Xırdalan şəhərinin M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələri genişləndiriləcək, şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, bu istiqamətdə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Bir-birini tamamlayan hər iki layihənin reallaşdırılması nəticəsində Xırdalanın şəhərdaxili yol şəbəkəsi ilə əsas magistrallar arasında alternativ nəqliyyat əlaqələri formalaşacaq.

Nəticədə sürücülərin əlavə məsafə qət etməsinə ehtiyac azalacaq, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkün olacaq və şəhərin daxili küçələrində sıxlığın azalması üçün şərait yaranacaq.

Layihələrin əsas məqsədi Xırdalan sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaq, hərəkətin rahatlığını və təhlükəsizliyini artırmaq, şəhərin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.

Tarix
2026.10.19 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla