Yuxarı

Rasim Abdullayev vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Abdullayev vəfat etdi

Azərbaycanın xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.

1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət etsin!

Tarix
2024.11.26 / 00:14
Müəllif
Kult.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla