Yuxarı

Türkiyədən 1915-ci il olayları ilə bağlı açıqlama...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən 1915-ci il olayları ilə bağlı açıqlama...

Cənubi Qafqazda formalaşan sülh və uzlaşma mühiti, bölgənin əməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdən düşmənçilik yaratmağa çalışan dairələrə verdiyi güclü cavabdır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələrinə dair verilən bəyanatlar haqqında şərhində qeyd olunub.

Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı müzakirələrdə tərəflərin mövqeyi aydındır: məsələ siyasi istismar predmetinə çevrilməməlidir.

"Bununla belə, bəzi üçüncü ölkələrin siyasətçilərinin bu mövzudan dar siyasi məqsədlər üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərini ört-basdır etməyə cəhd göstərdikləri də müşahidə olunur.

Ölkəmiz əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrini özündə ehtiva etmiş, 1915-ci il hadisələrinin ədalətli və elmi əsaslarla araşdırılması məqsədilə arxivlərini açmış və Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Bu təklifimiz qüvvədə qalır.

Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli tarixi yaddaşa nail olunmasına yönəlmiş səyləri və son dövrdə formalaşan konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik", - Türkiyə XİN-in məlumatında vurğulanıb.

Tarix
2026.04.24 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla