Yuxarı

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

2026.04.22. 19:09

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Hesablama Palatasının apardığı audit yoxlamasının nəticələrinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, QHT Agentliyindən Teleqraf-a bildirilib ki, Hesablama Palatası tərəfindən 7 aprel 2025-ci il tarixindən 23 may 2025-ci il tarixinədək Agentlikdə maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılıb, yoxlama zamanı əsasən 2023-2024-cü illəri əhatə edən sənədlər araşdırılıb.

Məlumata görə, yoxlamanın nəticələri 23 sentyabr 2025-ci il tarixində Agentliyə təqdim olunub.

"Hesablama Palatası tərəfindən belə bir əsas nəticəyə gəlinib ki, əvvəlki auditlə müqayisədə xüsusilə qrant layihələrinin hesabatlılığı ilə bağlı müəyyən edilmiş bir çox nöqsanlar aradan qaldırılıb, cari kənar dövlət maliyyə nəzarəti tədbiri ilə müəyyən edilmiş nöqsanların maliyyə yükü əhəmiyyətli olmayıb. Hesabatda həmçinin 2023-cü il və 2024-cü illər üzrə nəzərdə tutulmuş tədbirlərin icra edildiyi, planlaşdırılmış nəticələrlə faktiki nəticələr arasında ümumən uyğunluğun mövcud olduğu, bəzi hallarda isə icra göstəricilərinin gözləniləndən yüksək olduğu öz əksini tapıb. Palata tərəfindən aşkar edilmiş, maliyyə təsiri yaratmayan çatışmazlıqlar üzrə zəruri düzəliş tədbirləri həyata keçirilmiş və həmin hallar aradan qaldırılmış, tövsiyələr nəzərə alınıb”, - deyə qeyd olunub.

Agentlik "QHT Nəşriyyatı" ilə bağlı məsələyə də münasibət bildirib: "Haqqında bəhs olunan Qeyri Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının tabeliyində 2012-ci ildən təsisçisi olduğu və 975,7 min manat dəyərində nizamnamə kapitalının 100%-i Şuraya aid olan “QHT Nəşriyyatı” MMC Şuranın iclasının 17 aprel 2021-ci il tarixli 04 (253) nömrəli Protokolu ilə ləğv edilmiş, ləğv olunmuş MMC-yə nizamnamə fondu kimi verilmiş ilkin balans dəyəri 975,7 min manat, qalıq dəyəri 62,8 min manat olan 13 adda əsas vəsait yerində aşkar edilmədiyindən Agentlik bu əmlakı təhvil götürə bilməyib. Başqa sözlə, “QHT Nəşriyyatı” MMC ilə əlaqədar problem 5 il əvvələ aiddir.

Yoxlama tədbirlərinə dair Hesablama Palatasının yekun rəyində də ifadə edildiyi kimi, QHT Agentliyinin dövlət vəsaitlərinin icrası ilə bağlı fəaliyyəti bəzi hallar istisna olmaqla, hüquqi aktların tələblərinə uyğun təşkil edilib”.

Tarix
2026.04.24 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla