Yuxarı

Yankoviç oyundan sonra hakimə hücum çəkdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yankoviç oyundan sonra hakimə hücum çəkdi - Video

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “Sabah”la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib.

Axar.az xəbər verir ki, bu barədə görüntülər “CBC Sport” kanalında yayımlanıb.

Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən narazı qalıb. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə əsəbiləşib.

Matç bitən kimi hakimlərə meydançada hücum çəkən oyunçu qırmızı vərəqə alıb və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən oradan uzaqlaşdırılıb.

Amma Markonun hirsi bununla soyumayıb. O, paltardəyişmə otağına gedən tuneldə hakimlərə yenə hücum çəkib və onlara yumruq vurmaq istəyib. Monteneqrolu oyunçunu baş məşqçi Qurban Qurbanov sakitləşdirə bilib.

Daha sonra polislər onu hakimlər otağının önündən uzaqlaşdırıb.

Qeyd edək ki, həmin gün Toral Bayramov, Coni Montiel və Musa Qurbanlı da stadionda Yankoviçlə bərabər hakimə hücum çəkmişdilər.

Tarix
2026.04.24 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla