Yuxarı

Millət vəkili Mövlanənin ölkəyə girişinin yasaqlanmasını istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Mövlanənin ölkəyə girişinin yasaqlanmasını istədi

Küveytli millət vəkili Məhəmməd Əl Cəbri parlamentdə çıxışı zamanı "Mövlanənin ölkəyə girişi qadağan olunmalıdır",- deyib.

"Axar.az" "Əl-Cəzirə"yə istinadən bildirir ki, Mövlanə Cəlaləddin Ruminin təxminən 741 il öncə dünyadan köçdüyünü bilməyən millət vəkili: "Rumi öz fəlsəfəsini və mənbəyini bilmədiyimiz qəribə fikirlərini yaymaq məqsədilə Küveytə gələcək. Gecə yarısı baş tutacaq "fırlanan rəqs" (Səma rəqsi. – Red.) mərasiminə də yalnız qadınların buraxılacağını eşitmişəm. Ruminin bu simpoziumu keçirməsinə Daxili İşlər Nazirliyi icazə verməməlidir",- söyləyəndən sonra sosial mediada gülüş obyektinə çevrilib.

Millət vəkili, "Rumi deyən zaman təşkilatçıları nəzərdə tuturdum" - deyərək özünü müdafiə etməyə çalışıb.

Tarix
2014.01.11 / 12:31
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla