Yuxarı

Türkiyə Rusiyaya qarşı təxribatlara qoşulmur - Boldırev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Rusiyaya qarşı təxribatlara qoşulmur - Boldırev

Bu məsələ ABŞ və Böyük Britaniya tərəfindən fəal şəkildə irəli sürülür. Artıq bu ölkələrin Rusiya sərhədlərində təxribatçı fəaliyyəti müşahidə olunub. Bu məqamda Türkiyənin haqqını vermək lazımdır. NATO üzvü olmasına və təzyiqlərə baxmayaraq, bölgədə gərginliyin artmasına qarşı çıxanlardandır.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Boldırev NATO Baş katibi Yens Stoltenberqin açıqlamasını şərh edərkən deyib.

Boldırev vurğulayıb ki, NATO daxilində yeni təxribatla bağlı konsensusun olmamasında Türkiyənin mühüm rol oynadığını təxmin etmək olar:

"Bəzi alyans üzvlərinin Rusiya sərhədləri yaxınlığında əl atdıqları təxribatlarda Türkiyə heç vaxt iştirak etməyib. Çünki bu cür təxribatlar bütün regionda sabitliyi poza bilər. Türkiyə bunda qətiyyən maraqlı deyil".

Qeyd edək ki, daha öncə Y.Stoltenberq Qara dənizdə hərbi birlik məsələsində Alyans üzvləri arasında fikir birliyinin olmadığını söyləmişdi.

Tarix
2022.01.27 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla