Yuxarı

Türkiyə və Ukrayna arasında tarixi müqavilə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

Bir daha vurğulayıram ki, biz sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Zelenski ilə görüşümüz olacaq, daha sonra Rusiya Prezidenti Vladimir Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcək. Bu iki ziyarəti etmədən hansı daşı hara qoyacağımızı düşünmək düzgün olmaz.

Kiyevdəki görüşümüzdə Krımdakı soydaşlarımızın vəziyyəti zirvədə olacaq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan artıq Ukraynaya yola düşüb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.

V.Zelenski R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.

***

Türkiyə və Ukrayna prezidentləri arasında 3 saat 10 dəqiqə davam edən görüş başa çatıb.

Bu barədə “A Haber” məlumat yayıb.

***

Ölkələrimiz azad ticarət zonası ilə bağlı müqavilə imzaladı. Bu, tarixi hadisədir.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.

“Ukraynada sülhün təmin edilməsi üçün bütün platformalarda əlimizdən gələnə edəcəyik”, - deyə Zelenski bildirib.

Tarix
2022.02.03 / 19:11
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla