Yuxarı

Xəbərdarlıq etdik, məhəl qoymadılar, müharibə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəbərdarlıq etdik, məhəl qoymadılar, müharibə başladı

Bizə birbaşa və kifayət qədər kobud şəkildə dedilər: alyansın genişlənməsi və Ukraynanın bu prosesdə mümkün iştirakı Rusiyanın işi deyil, siz bu məsələlərə qarışmayın.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Minsk razılaşmalarının yerinə yetirilməsi tələbləri ilə paralel olaraq biz uzun illərdir ki, Qərbin NATO-nun genişlənməsi istiqamətindəki kursunun pis bitəcəyini xatırladırıq. Birincisi, məlum olur ki, onlar Sovet İttifaqına NATO-nun genişlənməyəcəyinə söz verərkən bizə yalan danışıblar. O vaxtdan bəri ittifaq beş dəfə genişlənib. Artıq altıncı genişlənmə planlaşdırılır”, - Lavrov vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, Ukrayna NATO-ya cəlb olunmağa başlayanda Rusiyanın ona birbaşa təhlükə kimi baxacağı barədə xəbərdarlıq edilmişdi:

"Onlar 2009-cu ildə təklif etdiyimiz Avropada təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini rədd etdilər. 2021-ci ildə bizim ABŞ-a təklif etdiyimiz başqa bir layihəyə və ayrıca NATO müqaviləsinə məhəl qoymadılar”.

Tarix
2022.06.05 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Putinlə Szinpin görüşdü: Çoxqütblü dünya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla