Yuxarı

Süleymanovdan rus sədrə dil iradı: Utanmırsan? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan parlamentinin (Joqorku Keneş) iclası zamanı gərgin anlar yaşanıb.

Axar.az xəbər verir ki, deputat Kunduzbek Süleymanov Turizmin inkişafına dəstək fondunun sədri Yelena Kalaşnikovanın qırğız dili bilməməsinə qəzəblənib.

Müzakirə zamanı Süleymanov Kalaşnikovadan neçə il Qırğızıstanda yaşadığını soruşub, xanım sədr də “25 il” cavabını verib.

“Nə üçün siz hələ də qırğız dilində salamlaşmağı belə bilmirsiniz? Dünənki çıxışdan bəlli idi ki, siz qırğız dilini bilmirsiniz. Siz bununla turizmi inkişaf etdirmək istəyirsiniz? Utanmırsınız?" - deyə deputat bildirib.

“Mən Qırğızıstanı xaricdə tanıtmaq istəyirəm. Dil öyrənmək isə birinci zərurətdirsə, öyrənərəm”, - deyə fond rəhbəri cavab verib.

"Niyə bunu birinci zərurət hesab etmirsiniz?" – Süleymanov soruşub.

“Düşünürəm ki, bu lazımdır”, - Kalaşnikova bildirib.

“Nə üçün hələ də qırğız dilini bilmirsiniz? Heç olmasa, cəhd etdiyinizi necəsə bildirin. Oturun, dinləyin. Sizi heç kimlə müqayisə etmək istəmirəm. Sadəcə sizə ayıb olmalıdır. Vəzifə tutasan və dilə, adət-ənənələrə hörmət etməyəsən... Biz xalqın nümayəndəsi olaraq bunu sizə deməliyik. Bu, sizin üçün minusdur”, - deputat söyləyib.

Qeyd edək ki, Y.Kalaşnikov həm də Qırğızıstanın Ak-Sai Travel şirkətinin rəhbəridir.

Tarix
2022.07.01 / 00:04
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla