Yuxarı

Səudiyyə şeytanı daşlamaqdan nə qədər qazanır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə şeytanı daşlamaqdan nə qədər qazanır?

Səudiyyə Ərəbistanı təkcə 2014-cü ildə Həcc ziyarətindən 18,6 milyard dollar qazanıb.

Axar.az xəbər verir ki, əldə olunan gəlirin 135 milyon dollarını şeytana daş atmaq ticarəti təşkil edir.

Bu daş biznesi kralın övladlarından birinin kurasiyasına daxildir. Son faciənin baş verdiyi Mina şəhərində şeytanı daşlamaq meydanı üçün "Bin Laden" şirkətlər qrupuna 1,1 milyard dollar smeta dəyəri olan yeni tikinti layihəsi sifariş edilib.

Bu nəhəng inşaat holdinqi Əl Qaidə terror təşkilatının öldürülmüş lideri Üsəmə Bin Ladenin ailəsinə məxsusdur.

Yeni meydan zəvvarların şeytanı daşlaması üçün daha geniş arenadan ibarət olacaq. Hazırda iki mərtəbəli meydan artıq dörd mərtəbəlidir. Bu, 3 milyon zəvvarın şeytanı daşlaması üçün nəzərdə tutulmuşdu.

Buna baxmayaraq, 2004-cü ildən gözlənilmədən zəvvarların sayında artım qeydə alınıb ki, 4 mərtəbəli sahə də kifayət etmir. Bu baxımdan Səudiyyə krallığı Minada həmin məkanı genişləndirməyi planlaşdırıb.

Daş biznesinə gəlincə, yayılan məlimata görə, bir daş paketi 3 dollardan satışdadır. Hər bir zəvvar 9 paket – 27 ədəd daş alır.

Bu da hər bir hacıya 27 dollara başa gəlir. İldə təqribən 5 milyon zəvvarın Kəbəyə getdiyini nəzərə alsaq, Səudiyyə bu ticarətdən 135 milyon dollar qazanmış olur.

Həcc ziyarətində ən gəlirli sahələrdən biri də təsbeh satışıdır. Bu təsbehlərin əksəriyyəti Çin və Tayvanda hazırlanır. Hətta bu ölkələrdən gedən təsbehlərin bəzilərində düzüm sayı 33, ya 99 olmalı halda 45 dənə çıxır.

Həmçinin Türkiyə də ərəb ölkəsinə təsbeh ixrac edir. Bu biznes də böyük məbləğdə qazanc gətirir. Amma rəqəmlər açıqlanmayıb.

Qeyd edək ki, Səudiyyə rəhbərliyi Kəbə ətrafında ticarət mərkəzi, lüks hotellər, holdinqlər inşa etməyi planlaşdırır.

Təxminən, 80 milyard dollarlıq bu layihənin 2020-ci ildə yekunlaşması gözlənilir. İnşa işlərini Türkiyənin "Baytur" şirkətlər qrupu həyata keçirir.

Tarix
2015.09.30 / 22:35
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla