Yuxarı

15 il öncə Rusiyanın Suriyaya girəcəyini kim demişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 il öncə Rusiyanın Suriyaya girəcəyini kim demişdi?

2000-ci ildə rusiyalı oliqarx Boris Berezovski Rusiyanın Suriyaya girəcəyi haqqında məlumat vermişdi.

Axar.az xəbər verir ki, bu sözlər Litvinenko Fondunun rəhbəri Aleksandr Qoldfarbın "Exo Moskva"dakı yazısında yer alıb. Onun sözlərinə görə, Berezovski 2000-ci ildəki müraciətində sətiraltı ifadələrlə Putinin Suriya hücumu barədə məlumat verib. Qoldfarb bundan sonra Berezovskinin məktubundan sitat səsləndirib. Həmin sitatı təqdim edirik:

"Sizin KİV-i niyə nəzarət altına aldığınız aydındır. Sizin xalqı idarəetməniz asanlaşacaq, xalqın yaşayışı rahatlaşacaq, üstəlik, arzulanmaz sualların sayı azalacaq. Günlərin bir günü insanlar yerindən oyananda öyrənəcəklər ki, onlar hamısı bir ağızdan rus ordusunun hansısa uzaq bir ölkəyə qardaş yardımı etməsinə vahid şəkildə səs veriblər".

Qeyd edək ki, rusiyalı siyasətçi Berezovski 2003-cü ildə Böyük Britaniyaya qaçaraq, ömrünün sonuna qədər orada yaşayıb. O, Putinin əsas opponentlərindən hesab edilirdi. 2013-cü ildə evində ölü tapılıb.

Tarix
2015.10.06 / 19:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla