Alnının ortasında böyük bir gözlə və burunsuz anadan
olan körpənin faciəvi şəklini çoxsaylı internet istifadəçiləri
böyük ürək ağrısı ilə qarşılayıblar.
Publika.az xəbər verir ki, həkimlərin
fikrincə, bu uşaq siklopiyadan (təpəgözlük) əziyyət çəkir. Həmin
xəstəlik zamanı göz almacıqları tamamilə, ya da qismən üzün orta
xətti üzrə bir göz orbitində yerləşir. Bu uşağın göz nayihəsi hələ
ana bətnindəykən düzgün formalaşmayıb.
Siklopiya hamiləliyin erkən mərhələlərində körpənin beyni və
gözləri inkişaf edəndə baş verir. Adətən, "sikloplarda" burun olmur
və bu, doğulan həmin körpədə də eynilə belədir. Burun əvəzinə göz
altında tənəffüs funksiyalarını həyata keçirən xortumabənzər əzələ
olur. Belə xəstələrdə bir çox digər qüsurlar da müşahidə
olunur.
Uşağın anası körpəni Misirin şimalında əl-Senbellaveyn şəhərindəki
xəstəxanalardan birində dünyaya gətirdiyi bildirilir.
Həkimlər hesab edirlər ki, bu deformasiyaya körpənin anasının
dərman qəbul etməsi və ya radiasiyanın təsir etməsi səbəb ola
bilər.
Uşağın sağlamlığını müşahidə edən həkim Əhməd Badrudin uşağın
doğulanda artıq başında saçının, böyük qulaqlarının və eləcə də
bədəninin bir çox digər yerlərində deformasiyaların olduğunu
bildirib. Ə.Badrudin hesab edir ki, bir çox qüsurların olması
səbəbindən körpə daha bir neçə gün yaşayacaq. Uşağın valideynləri
artıq internet vasitəsilə bütün dünyadan başsağlıqlarını qəbul
edir.