Yuxarı

Gəminin atəşə tutulması quldurluqdur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəminin atəşə tutulması quldurluqdur

Yunanıstanın gərginləşdirməyə çalışdığı təxribatlardan xəbərdarıq. Sonuncu dəfə “Ro-Ro” gəmisinə atəş açmaları sırf quldurluqdur.

Axar.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

“Həmişə deyirik ki, bu cür təqiblərə son qoyulsun. Bu, dalandır. Türk diplomatiyasının masadakı problemləri həll etmək üçün kifayət qədər imkanları və yol xəritəsi var. Yunanıstan masadan qaçmağı dayandırmalı və meydanda bu tip quldurluqdan uzaq durmalıdır. Bütün problemlərin həlli masadır. Miçotakis administrasiyasının daxili böhranları nəticəsində Yunanıstan legitimlikdən uzaqlaşmaqla yaramaz dövlətə çevrilməməlidir. Administrasiya gecə-gündüz başqa dövlətlərin öz ölkələrində neçə baza açdığını izah etməklə məşğuldur. Heç bir şəkildə sülh üçün həllər istehsal etməkdə bir performans göstərmirlər”, - Çelik söyləyib.

Qeyd edək ki, sentyabrın 10-da Yunanıstan Sahil Mühafizəsi Bozcaadada "Ro-Ro" gəmisinə atəş açıb. Komor adaları bayrağı altında üzən gəmidə 18 nəfər olub. Atəş zamanı xəsarət alan olmayıb. Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Tarix
2022.09.13 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla