Yuxarı

Rusiya sərhədində 20 kilometr uzunluqda tıxac - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır. Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.

Axar.az xəbər verir ki, hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.

Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də bir qədər çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.

Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır.

Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib.

Tarix
2022.09.24 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla