Yuxarı

FTX buna qarşı çıxıb, Putin məcbur etdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FTX buna qarşı çıxıb, Putin məcbur etdi...

Prezident Putin Rusiya Federal Təhlükəsizlik Xidmətindən şəxsən tələb edib ki, “Azovstal” müdafiəçilərinin əvəzinə Viktor Medvedçuk geri alınsın.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

İddiaya görə, 10 əcnəbi döyüşçünün, o cümlədən 5 komandirin də daxil olduğu 215 əsirlə 55 rusiyalının və Viktor Medvedçukun dəyişdirilməsinin neqativ reaksiyalar doğuracağı bildirilib. Bu mövqeyi FTX də müdafiə edib. Lakin Putin Ukraynadakı ən etibarlı adamı olmuş Medvedçukun geri alınması üçün bu mübadilədə israr edib.

“Vaşinqon Post”a danışan ukraynalı məmurlar rusiyalı əsirlərdən az qala 4 dəfə çox olan ukraynalı əsirləri (onlardan 108-i “Azov” alayı üzvləridir) geri aldıqlarına görə çox seviniblər, FTX isə bundan narazı qalıb.

Bildirilib ki, əsirlərin dəyişdirilməsində rusiyalı oliqarx Roman Abromoviç vasitəçilik edib, Zelenski administrasiyası və FTX rəhbəri ilə müzakirələr aparıb. Ukraynalı məmurlar Putinin buna razı olacağına şübhə ediblər, ancaq Rusiya lideri sədaqətli adamını almaq üçün bu cür mübadiləyə razılaşıb.

Qeyd edək ki, keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən Viktor Medvedçuk 21 sentyabrda Rusiya tərəfinə təhvil verilib.

Tarix
2022.10.02 / 10:00
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla