Axar.az
Yuxarı

Axar.Az Logo

Əliyev Azərbaycanı ciddi enerji gücünə çevirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın "dasfazit.at" internet qəzeti Prezident İlham Əliyevin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak etmək üçün Bolqarıstana səfərinə, eləcə də Bolqarıstanla və bütövlükdə Avropa İttifaqı ilə əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş "Prezident İlham Əliyev Azərbaycanı ciddi enerji gücünə çevirdi" adlı məqalə dərc edib.

Axar.az xəbər verir ki, məqalədə qeyd edilir ki, Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verməklə yanaşı, etibarlı tərəfdaş imicinin formalaşmasına böyük töhfə verir.

Məqləyə əsasən, Prezident İlham Əliyevin Bolqarıstana səfəri bu baxımdan bir neçə səbəbə görə əlamətdardır. Birincisi, dövlət başçısının ölkənin enerji potensialının reallaşdırılması və yeni strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində atdığı addımlar ölkənin milli maraqları ilə tam üst-üstə düşür. İkincisi, unutmayaq ki, Bolqarıstan Avropa İttifaqının və NATO blokunun üzvüdür və bu da öz növbəsində bu istiqamətdə əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verir. Məqalədə iki ölkə arasında münasibətlərin dərinləşməsinin təsdiqi kimi Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında" birgə bəyannamə qeyd olunur. Üçüncüsü, Bolqarıstanla əlaqələrin inkişafı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək tətik kimi qiymətləndirilə bilər. Dördüncüsü, Azərbaycanın Xəzər dənizində və Bolqarıstanın Qara dənizdəki strateji mövqeyi də yeni imkanlar pəncərəsi aça biləcək digər mühüm təməl amildir.

Vurğulanır ki, Azərbaycan artıq Avropanın enerji xəritəsinin yenidən qurulması proseslərində fəal iştirak edən mühüm oyunçu rolunu oynayır və bunun bariz nümunəsi uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP layihələrinin işə salınmasıdır. Bu da öz növbəsində məqalədə Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsi kimi təqdim olunur.

Məqalədə deyilir ki, IGB Azərbaycandan Avropaya qaz tədarükünün həcminin artırılmasına da kömək edəcək.

Bundan başqa, Orta Dəhliz layihəsi, eləcə də həyata keçirilməsində hər iki ölkənin son dərəcə maraqlı olduğu Şərq-Qərb tranzit dəhlizi də qeyd edilir və sözügedən layihələrin həyata keçirilməsi üçün bütün lazımi səylərin göstəriləcəyinə əminlik ifadə olunur.

Qənaətə gəlinir ki, bütün yuxarıda qeyd olunan əlamətdar hadisələr mühüm strateji mövqeyə malik Avropa ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və mövcud genişlənmə dinamikasını bundan sonra da qoruyub saxlamağa hazır olduqlarını bir daha təsdiqləyir. Bundan əlavə, dövlət başçısının bütün bu təşəbbüslərinin Azərbaycanın geosiyasi mövqelərinin möhkəmlənməsinə böyük töhfə olduğu vurğulanır.

Tarix
2022.10.02 / 21:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə Rusiyadan yanacaq alışını kəskin şəkildə azaltdı

MİT PKK-nın kəşfiyyat rəhbərini məhv etdi

Keçmiş prezident ömürlük həbs cəzası aldı

Güneyli xanım fəala həbs cəzası verildi

Çavuşoğlu Polşaya gedir

Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

ABŞ qalib gəldi, İran xalqı sevindi - Video

Ukrayna Krımı bu qırıcılarla alacaq

Xamenei Kürdüstanın ləğvinə açıq çağırış etdi

ABŞ elan etdi: Çin bu ölkəni işğal edəcək

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla