Yuxarı

Rusiya yaşayış binalarını vurdu: ölənlərin sayı artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya yaşayış binalarını vurdu: ölənlərin sayı artdı

2022.10.06 - 10:30

Rusiya Ukraynanın Zaporojye şəhərində yaşayış binalarını raket atəşinə tutub.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

“Bir neçə yaşayış binası dağılıb. Dağıntılar altında qalanlar var. İlkin məlumata görə, iki nəfər ölüb. Onlardan biri xəstəxanaya aparılarkən yolda keçinib”, - Starux bildirib.

Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib ki, səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından 16 nəfəri sağ-salamat çıxara biliblər. 3 nəfərin axtarışı hələ də davam etdirilir.

***

Zaporojyeyə raket zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

"Təəssüflə bildirməliyəm ki, şəhər mərkəzinin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb. 7 sakininin ölümü təsdiqlənib, ən azı daha 5 nəfər itkin düşmüş hesab olunur", - o deyib.

Staruxun sözlərinə görə, dağıntılar təmizlənir, bundan sonra ölən və yaralananların dəqiq sayını müəyyən etmək mümkün olacaq.

Tarix
2022.10.07 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla