Yuxarı

İrandakı teraktları rejim özü törədir - Kərim Əsgəri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı teraktları rejim özü törədir - Kərim Əsgəri

Hazırda İranda vəziyyət çox gərgin və qarışıqdır. Lakin bütün hallarda baş verən terror aktlarının törədilməsində hər kəs ilk növbədə hazırkı rejimdən şübhələnir.

Bu sözləri Axar.az-a Xuzistan və İsfahan vilayətlərində törədilən terror aktları haqqında danışan İran üzrə ekspert Kərim Əsgəri deyib.

Ekspertin sözlərinə görə, etirazlara fərqli don geyindirmək üçün belə addımlar atıla bilər:

“Çünki mitinqlərin iştirakçılarının böyük əksəriyyəti dinc vətəndaşdır. İrandakı rejim isə məsələni silahlı fəaliyyət və separatçılıq kimi qələmə vermək, etirazları zorakılıqla yatırtmaq, hədəf yayındırmaq üçün terrorun arxasında dura bilər. Hazırda İranda internetin məhdudlaşdırılması və dinc əhaliyə qarşı zorakılıq halları da rejimin həm son terror aktlarında, həm də Şirazda Şah-Çıraq məqbərəsində edilən hücumlarda barmağının olması ehtimalını artırır”.

Qeyd edək ki, 16 noyabrda Xuzistan və İsfahanda ardıcıl terror aktları törədilib, nəticədə 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən və yaralananlar arasında polislər də var. Hər iki şəhərdə motosikletdə olan terrorçular avtomatlardan insanlara atəş açıblar.

Tarix
2022.11.18 / 08:45
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla