Yuxarı

Şimali Kiprin tanınması üçün... - Tatar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə Şimali Kiprin tanınması üçün çox böyük iradə ortaya qoyulub.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

“Əslində bizim siyasətimizin sütunu ondan ibarətdir ki, Kiprdə razılaşma olacaqsa, bu, iki dövlətin əməkdaşlığı ilə mümkün olacaq. Əvvəllər biz müxtəlif beynəlxalq əlaqələr və təzyiqlərlə yaxşı niyyətimizlə federal əsaslı saziş üçün danışıqlar aparırdıq. Sonradan ortaya çıxdı ki, bizləri Türkiyədən və adadan qoparmaq üçün tələlərlə dolu müxtəlif ssenarilər hazırlanıb. O dövrlər artıq arxada qalıb. Ana Vətən Türkiyə Cümhuriyyətinin dəstəyi ilə iki dövlətli siyasət yeni siyasətdir. Kiprdə həll yolu olacaqsa, bu, iki dövlətli həll olacaq. Yəni şimaldakı dövlət Şimali Kipr Türk Cümhuriyyəti, cənubdakı dövlət isə Kipr Rum Respublikası olmalıdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Biz bunu bütün beynəlxalq ictimaiyyətlə bölüşürük. Onlar da bizimlə razılaşırlar, amma anlaşma üçün “Cənubi Kiprin razılığı lazımdır” deyirlər. Amma burada bir haqsızlıq var. Cənubi Kipr sanki bütün Kiprin hökuməti kimi həm BMT-yə tamhüquqlu üzv oldu, həm də böyük haqsızlıqla Avropa Birliyinə qəbul edildilər”, - Tatar qeyd edib.

Tarix
2022.11.26 / 15:04
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla