Yuxarı

Zaxarova erməni jurnalistə qəzəbləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova erməni jurnalistə qəzəbləndi

Bu sualı Ermənistan hakimiyyətinə ünvanlamısınızmı?

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan və Azərbaycanla danışıqlarda “xalqların öz müqəddəratını təyinetmə hüququ”nun niyə nəzərə alınmaması ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.

Jurnalist müvafiq sualı verərkən iddia edib ki, Ermənistan ölkələrin ərazi bütövlüyünü dəstəkləyən Almatı bəyannaməsini imzalayarkən “Dağlıq Qarabağ”ı nəzərə almayıb.

“Sergey Viktoroviç Lavrov mətbuat konfransında bütün nüansları, bütün vurğuları izah etdi. Əlavə ediləcək bir şey yoxdur. Həmin sözlərlə kimsə bu sualı hakimiyyətə ünvanlasın ki, dövlətin vahid mövqeyi bəlli olsun. Bundan sonra nəyisə müzakirə etmək olar. Son zamanlarda bəzi şeylərin müxtəlif cür yozulmasını, çox fərqli şərh edilməsini görürük. İrəvanın əsas rəsmi mövqeyini anlamaq istərdik”, - Zaxarova erməni jurnalistə cavabında bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın 1991-ci il Almatı bəyannaməsi və BMT Nizamnaməsi ilə bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Onun sözlərinə görə, Ermənistan bununla Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.

Tarix
2022.12.08 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla