Respublikaçılar Rusiya
Prezidenti Vladimir Putinlə mübarizə apara bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Nyu Yorkda təşkil edilən
yığıncaqda ABŞ Prezidenti Barak Obama deyib.
Obama onu tənqid edən Respublikaçılar Partiyasına sərt cavab
verib:
"Respublikaçı namizədlərin hamısı "Obama Putinin qarşısında
zəifdir. Amma mən Putinlə danışsam, rus lider dərhal öz yerini
biləcək", - deyirlər. Lakin sonra görürük ki, CNBC kanalının
moderatorlarının öhdəsindən gələ bilmirlər. Əgər hələ bu adamları
idarə edə bilmirsinizsə, Çin və Rusiya liderlərinin sizi ciddi şəxs
kimi qəbul edəcəklərini düşünmürəm".
Qeyd edək ki, Respublikaçılar Partiyası CNBC kanalı ilə
əməkdaşlığı dayandırıb. Buna səbəb isə kanalın moderatorlarının
Respublikaçılardan prezidentliyə namizəd olan şəxslərə istehzalı və
kinayəli suallar verməsi göstərilib.
ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrında
keçiriləcək.