Yuxarı

Türkiyədəki zəlzələ Suriyanı da dağıtdı: 1060 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:20

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Axar.az xəbər verir ki, zəlzələ nəticəsində 42 nəfər ölüb, 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Ölən və yaralananlar var.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə, yaralıların sayı isə 1 284 nəfərə yüksəlib.

Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a, yaralıların sayı isə 1 315 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb. 1353 nəfər isə yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 960-ı keçib, yaralıların sayı isə 2400 nəfər olub.

***

Zəlzələ nəticəsində ölənlərin sayı 1060-a çatıb.

Tarix
2023.02.06 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla