Yuxarı

Türkiyədə baş verən zəlzələ barədə - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib. 10 əyalət zəlzədən təsirlənib, yüzlərlə ev dağılıb. Qurbanların sayı durmadan artır. Ölkədə fövqəladə vəziyyət elan edilib. Türkiyə rəsmiləri beynəlxalq yardımı qəbul etməyə hazır olduqlarını bildirirlər. Yeraltı təkanlar bütün regionda - Kipr, Livan və Suriyada da hiss olunub. Suriya 237 ölü və yüzlərlə yaralı olduğunu bildirib.

Axar.az zəlzələ barədə təfərrüatı təqdim edir:

Nə baş verib?

Yerli vaxtla saat 04:17-də (Bakı vaxtı ilə 05:17) 17,9 kilometr dərinlikdə, bir milyondan çox əhalisi olan və Suriya sərhədi yaxınlığında yerləşən Qaziantep şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Ümumilikdə 32 afterşok qeydə alınıb, onlardan altısının maqnitudası altıdan yuxarı olub. Ölkədə ən yüksək fövqəladə xəbərdarlıq səviyyəsi elan edilib. Rəsmi məlumata görə, ən azı 284 nəfər ölüb, 440-dan çox insan yaralanıb.

Türkiyə daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, Türkiyənin on şəhəri zərər çəkib. Onların arasında Adana, Adıyaman, Qaziantep, Diyarbəkir, Kilis, Qəhrəmanmaraş, Malatya, Osmaniyə, Hatay var. Yeraltı təkanlar Ankara, Antalya, Kayseri, Mersin, Trabzon, Urfada da hiss olunub.

Türkiyə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir. Ölkədəki ən güclü zəlzələlərdən biri 1999-cu ildə ölkənin şimal-qərbindəki İzmit bölgəsində baş verib. O zaman 18 mindən çox insan ölüb.

Zəlzələnin fəsadları barədə nələr məlumdur?

Adanada 17 və 14 mərtəbəli yaşayış binaları tamamilə uçub. Qəhrəmanmaraşda zəlzələ nəticəsində qaz kəmərində güclü yanğın baş verib.

Malatya valisi Hulusi Şain şəhərdə ən azı 130 binanın uçduğunu, 3 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını, daha 100 nəfərin xəstəxanada olduğunu deyib, Şanlıurfada isə ən azı 16 evin uçduğunu, 18 nəfərin öldüyünü, 67 nəfərin yaralandığı bildirilib. Diyarbəkirdə 7 bina tamamilə dağılıb, 6 nəfər ölüb, daha 79 nəfər yaralanıb. Məlumatlar daim yenilənir.

Prezident xalqa müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş bölgələrə təcili olaraq axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib. Daxili işlər və səhiyyə nazirlikləri, fövqəladə hallar idarəsi, əyalət qubernatorları və bütün digər idarələr sürətlə işə başlayıblar.

Beynəlxalq yardımı qəbul etməyə hazırıq!

Türkiyə Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Kerem Kınık bildirib ki, zərər çəkmiş bölgəyə kömək üçün resurslar səfərbər olunur. Eyni zamanda Türkiyə beynəlxalq yardımı qəbul etməyə hazırdır. Daxili işlər naziri Süleyman Soylu yerli sakinləri qəzalı evlərə girməməyə, nəqliyyatdan istifadə etməməyə, lazımsız yerə təcili yardım çağırmamağa çağırıb.

Zəlzələ nəticəsində başqa ölkələrdə böyük dağıntılar var

Zəlzələ bütün regionda - Kipr, Suriya və Livanda da hiss olunub. Dəməşq, Beyrut və Tripolidə insanlar mümkün qədər uzağa getmək üçün maşınlarına minərək küçələrə qaçıblar. Hələb, Həma və İdlibdə çoxlu binalar dağılıb. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində 237 nəfər həlak olub, 639 nəfər xəsarət alıb.

Tarix
2023.02.06 / 11:24
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla