Yuxarı

Bərzanidən İŞİD-ə zərbə: Şenqal xilas edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzanidən İŞİD-ə zərbə: Şenqal xilas edildi

İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu koalisiya qüvvələrinin də texniki və havadan dəstəyi ilə Mosulun Sincar (Şenqal) rayonunu İŞİD terror təşkilatından təmizləyib.

Axar.az xəbər verir ki, İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin əmri ilə başlanan əməliyyat bu gün başa çatıb. Peşmərgə ordusu "Şenqalı İŞİD-in əlindən xilas etdik", - deyərək zəfər elan edib.

Peşmərgə ordusunun verdiyi məlumata görə, ordu qüvvələri 3 qoldan rayon mərkəzinə girib və icra hakimiyyətinin binasını ələ keçirib. Mosulun xilas edilməsi ilə İŞİD-in paytaxt elan etdiyi Rakkaya gedən strateji əhəmiyyətli şose də peşmərgənin nəzarətinə keçib. Əməliyyatda təxminən 100 İŞİD yaraqlısının öldürüldüyü bildirilib.

Xatırladaq ki, İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu dünən səhər təxminən 10 min əsgərlə Mosulun Sincar (Şenqal) rayonunu İŞİD terror təşkilatından təmizləmək üçün əməliyyata başlamışdı.

Tarix
2015.11.13 / 11:13
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla