Yuxarı

Şimali Koreya liderinin dayısının bütün ailəsi edam olunub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Txekin bütün ailəsi Kim Çen Inın əmri ilə edam olunub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Renhap" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, kütləvi edama azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Txekin bütün ailə üzvləri məruz qalıb.

Agentliyin məlumatına görə, Çan Son Txekin böyük bacısı Çan Qe Sun və onun əri - KXDR-in Kubadakı səfiri Çon En Çjin, Çan Son Txekin bacısı oğlu – Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol və onun 20 yaşda olan övladları Te ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq edam olunublar.

Qeyd edək ki, Çan Son Txekin iki qardaşı daha əvvəl xəstəlikdən vəfat ediblər, buna görə kütləvi repressiyaya onun bacılarının ailələri (azyaşlı nəvələri də daxil olmaqla) məruz qalıb.

Məlumata görə, Çan Son Txekin müqavimət göstərməyə cəhd edən ailə üzvləri yaşadıqları evlərinin qarşısında, qonşuların gözü qabağında güllələnərək edam olunublar.

Qeyd edək ki, Şimali Koreya rəhbərinin dayısının qan qohumları olmayan qadınlara ölüm cəzası şamil edilməyib. Belə ki, Çan Son Txekin bacısı oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına sürgün olunub.

Xatırladaq ki, Şimali Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Txek ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilib.

Tarix
2014.01.26 / 10:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla