Yuxarı

Priqojinin kafesi partladıldı: Tatarski öldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Priqojinin kafesi partladıldı: Tatarski öldü - Video

2023.04.02. 20:24

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Strit-bar" kafesində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Partlayış nəticəsində 16 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Ölən şəxsin hərbi jurnalist Vladlen Tatarski olduğu bildirilib.

Partlayışın baş vermə səbəbləri araşdırılır.

Bəzi iddialara görə, kafe "Vaqner" özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinə məxsusdur.

***

"RİA Novosti"nin yaydığı məlumata görə, partlayış kafedə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Belə ki, partlayıcı qurğu Tatarskiyə hədiyyə qismində gətirilən qutuda olub.

Bundan əlavə, partlayışda yaralananların sayı 25-ə çatıb.

***

Sankt-Peterburqdakı kafeyə içində partlayıcı olan heykəlcik gətirən Darya Trepova saxlanılıb.

Bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verirlər.

Tarix
2023.04.03 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla