Yuxarı

Podolyak VP-ni ittiham etdi: Guya biz ağılsızıq?!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna genişmiqyaslı müharibənin ildönümündə Moskvaya hücum etməyi planlaşdırmırdı. Belə bir qərar ölümcül olardı və heç bir fayda gətirməzdi.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Vaşington Post” nəşrinin məqaləsini şərh edərkən deyib.

“Biz hamımız yenə qəribə media sensasiyası görürük... “Müharibənin ildönümündə Ukrayna bütün gücü ilə Moskvaya zərbə endirməyi planlaşdırırdı, lakin tərəfdaşları onu fikrini dəyişməyə məcbur etdi”, - Amerikanın nüfuzlu mediası konspirologiya əsasında yazır. Təbii ki, təfərrüatsız və məntiqsiz...

Və ona görə də sadə sualım var: Bu bizə nə üçün lazım idi? Belə birdəfəlik aksiya nəyi həll edəcək? Müharibənin gedişatını dəyişəcəkmi? Rusları qaçmağa məcbur edəcəkmi? Silah ehtiyacını aradan qaldırırdımı?" - Podolyak bildirib.

Onun sözlərinə görə, bu nəşr Qərbdə Ukraynanın guya “ağılsız, ciddi silahların etibar edilməyəcəyi təhlükəli ölkə” olduğu fikrini formalaşdırmaq məqsədi daşıyır.

Podolyak vurğulayıb ki, Ukrayna müharibə məsələsinə dəmir riyazi məntiqlə yanaşır.

Qeyd edək ki, "Vaşinqton Post"da yayımlanan məqalədə Kiyevin müharibənin ildönümündə (24 fevral - red.) Moskvaya zərbə endirməyə hazırlaşdığı, lakin tərəfdaşlarının təkidi ilə fikrindən daşındığı iddia edilib.

Tarix
2023.04.25 / 09:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla