Yuxarı

An Brassör AŞPA-nın yeni sədri seçilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Parlament Assambleyasında qurumun sədri vəzifəsinə seçki keçirilib.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, lüksemburqlu xanım An Brassör (Anne Brasseur) lehinə 165, əleyhinə 125 səs olmaqla AŞPA-nın yeni sədri seçilib. A. Brassör seçkidə müstəqil namizəd kimi iştirak etmiş Avropa Demokrat Qrupunun sabiq lideri, britaniyalı Robert Valteri məğlub edərək daha çox səs toplaya bilib.

Qeyd edək ki, 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri idi və bu vəzifəyə onun namizədliyi öz qrup üzvləri tərəfindən 2013-cü ilin oktyabr ayında irəli sürülmüşdü. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun idi.

Xanım An Brassör Lüksemburq parlamentinin üzvüdür və öz ölkəsində Demokrat Partiyasını təmsil edir. O, Lüksemburq nümayəndə heyətinin tərkibində 2009-cu ildən AŞPA-da fəaliyyət göstərir. An Brassör bu vəzifədə, mandatı 2015-ci ildə bir dəfə yenilənməklə, 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.

Tarix
2014.01.27 / 16:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla