Yuxarı

TBMM-ə yeni sədr seçildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:09

Bu gün 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) sessiyasında parlamentin yeni spikerinin seçkisi keçirilir.

Axar.az xəbər verir ki, artıq seçkilərin birinci turu başa çatıb. Birinci turun nəticələrinə görə, parlamentin sədri vəzifəsinə namizəd Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş 317 səs, Cümhuriyyət Xalq Partiyasının namizədi Tekin Bingöl isə 131 səs toplayıblar.

Ümumilikdə spikerliyə 7 millət vəkilinin namizədliyi irəli sürülüb.

TBMM-nin 30-cu sədri olmaq üçün namizədlərdən birinin 600 millət vəkilindən 400-nün səsini toplaması lazımdır. Onların ikinci turda da bu rəqəmə çatmadığı təqdirdə, seçkilərin üçüncü turu keçiriləcək. Sonuncu turda isə səslərin əksəriyyətini – 301-ni toplayan namizəd parlamentin yeni spikeri olacaq.

Qeyd edək ki, son parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası 268, Cümhuriyyət Xalq Partiyası 169, İYİ Partiyası 43, Yeni Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Millətçi Hərəkat Partiyası 50 millət vəkili yerinə sahib olublar.

***

TBMM-də ikinci tur səsverməsi keçirilib. Burada da yeni spikeri seçmək mümkün olmayıb. Belə ki, lazım olan 400 səs toplanılmayıb.

Numan Qurtulmuş səslərinin sayını cüzi də olsa, artırsa da (321), bu kifayət etməyib. Hazırda üçüncü tur səsverməsi keçirilir.

***

TBMM spikeri vəzifəsinə AKP və MHP-nin (Cümhur İttifaqının) ortaq namizədi olan Numan Qurtulmuş yeni sədr seçilib.

Bu barədə TBMM-də səsvermənin nəticəsini açıqlayan MHP başqanı Dövlət Baxçalı məlumat verib.

Tarix
2023.06.07 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla