Yuxarı

Rott İrəvanda: Ermənistana cəlbedici təklif verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rott İrəvanda: Ermənistana cəlbedici təklif verildi

Ermənistan Avropa dövlətidir və əgər Avropa Birliyinə üzv olmaq istəyini ifadə edərsə, o zaman biz İrəvanı bu yolda fəal şəkildə dəstəkləyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Mixael Rott İrəvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, Ermənistanın öz iradəsi ilə olmalıdır:

“Biz Ermənistanla həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşməsinə, bu kontekstdə viza rejiminin liberallaşdırılması prosesinə əhəmiyyət veririk”.

Mixael Rott Qarabağla bağlı sualı da cavablandırıb və bildirib ki, Qarabağdakı ermənilərin təhlükəsiz yaşamaq hüququ sülh danışıqlarının komponenti olmalıdır:

“Biz Qarabağ ermənilərinin təhlükəsiz yaşamaq hüququnu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bu, davamlı sülh danışıqlarının mərkəzi komponenti olmalıdır”.

O, Ermənistan-Azərbaycan danışıqlarının Almaniya və Fransanın iştirakı ilə davam etdiriləcəyini də bildirib:

“Yaxın vaxtlarda Vaşinqtonda ciddi danışıqlar aparılacaq (XİN başçılarının 12 iyunda Vaşinqtonda görüşü nəzərdə tutulur – red.). Bu danışıqlar AB-də də müxtəlif formatlarda davam edəcək”.

Tarix
2023.06.08 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla