Yuxarı

Lukaşenko Priqojinlə danışdı, “Vaqner” dayandı – Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko Priqojinlə danışdı, “Vaqner” dayandı – Təcili

Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarına “Vaqner” özəl hərbi şirkətinin Rusiyanın cənubundakı fəaliyyəti ilə bağlı vəziyyət barədə məlumat verib. Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Putindən razılıq alaraq, öz kanalları vasitəsilə vəziyyəti dəqiqləşdirmək üçün “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb:

“Danışıqlar gün ərzində davam edib. Nəticədə Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəlinib. Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin döyüşçülərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Hazırda Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək istiqamətində müzakirələr gedir".

Tarix
2023.06.24 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla