Yuxarı

İngiltərə KİV: “Buldozer” Saakaşvili...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə KİV: “Buldozer” Saakaşvili...”

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin populyarlığı artır və o, Ukraynanın siyasi arenasında önəmli oyunçuya çevrilir.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Faynənşl Tayms" qəzeti yazıb.

Qəzet Saakaşvilinin rəqiblərini təxribata çəkmək üçün onları korrupsiyada ittiham etdiyini bildirib:

"Buldozer" Saakaşvili yerli avtoritetlərlə hesablaşmır və onlara qarşı çıxır. Saakaşvili hazırda ölkənin ən məşhur siyasətçilərindən biridir. Son araşdırmaya görə, Ukraynada Saakaşvilinin reytinqi 40, Prezident Poroşenkonun isə 20 faizdir".

Qəzet yazıb ki, Ukraynada bir çox seçici Saakaşvilinin özünə olan inamı sayəsində yerli oliqarxlara qarşı mübarizəyə başlaya biləcəyini düşünür.

"O, qətiyyətli, qərarlı, məqsədyönlüdür və hökumətdəki bir çoxları bunu xoşlamır", - ictimai fəal Andrey Çernikov qəzetə açıqlamasında deyib.

Qəzet daha sonra bildirib ki, lakin bir çoxları Saakaşvilinin bu xarakterinin Ukraynada önəmli post tutmasına maneə olduğunu düşünür:

"Bəzi ukraynalı məmurlara görə, Saakaşvili ölkənin baş naziri ola bilər. Lakin onlara görə, Saakaşvilinin bu postu tutması Rusiya Prezidenti Vladimir Putin tərəfindən sərt reaksiya ilə qarşılana bilər".

Tarix
2015.12.18 / 19:12
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla